Tehran bazarında İbrahim Rəisiyə ölüm şüarları səsləndirilib-VİDEO

Bazarın electron və səs sisteminə haker hücumu edildiyi bildirilir.

Təbriz Turan TV xəbər verir ki, fevralın 20-I axşam saatlarında Tehranın Təcriş bazarının elektron və səs sisteminə haker hücumunun edildiyi bildirilir.

Yayılan video və məlumatlarda haker hücumu nəticəsində sistemə müdaxiə edildiyi və səsgücləndiricilərdən “Rəisiyə ölüm”, “cəllad və yalançı Rəisi” şüarlarının səsləndirildiyi bəlli olur.

2022-ci ilin başlamasından bu yana İranın müxtəlif mətbuat orqanları, dövlət qurumları və əhəmiyyətli starateji-iqtisadi mərkəzlərinin saytlarına oxşar hücumlar edilib.

Müxalif təşkilatlar tərəfindən həyata keçirilən hücumların qarşısını almaqdan aciz olan İran hökuməti bunu Amerika və İsrailin üzərinə atıb.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

five × 2 =

Tarix

booked.net booked.net
%d bloggers like this: