Tehranda mikroavtobus TIR-la toqquşub: 12 nəfər ağır yaralanıb

İranda baş verən daha ağır bir yol qəzası faciəyə səbəb olub.

İran Yanğınsöndürmə Təşkilatının sözçüsü Calal Məleki mediaya açıqlamasında deyib ki, hadisə bu gün səhər saatlarında Tehranın Xavəran magistral yolunda baş verib.

“Yüksək sürətlə hərəkət edən mikroavtobus naməlum səbəbə görə yol kənarında dayanmış TIR-ın arxa hissəsinə çırpılıb. 

Qəza nəticəsində 12 mikroavtobus sərnişini ağır bədən xəsarəti alıb. Xəstəxanaya yerləşdirilən yaralılardan birinin vəziyyəti ağırdır”, -deyə İran Yanğınsöndürmə Təşkilatının sözçüsü Calal Məleki bildirib.

O, qəzanın səbəbinin araşdırılmasına başlanıldığını qeyd edib. 

Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında on minlərlə insan həyatını itirir, minlərlə insan isə bədən xəsarəti alırlar. 

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

fifteen + fourteen =

Tarix

booked.net booked.net
%d bloggers like this: