Tehranda odlu silah saxlayanların sayı artıb- Polis rəisindən xəbərdarlıq

Tehranda odlu silah saxlayanların sayı artıb- Polis rəisindən xəbərdarlıq

Tehran polisinin komandanı Hüseyn Rəhimi noyabrın 9-da mediaya açıqlamasında paytaxt əhalisi arasında müxtəlif növlü isti və soyuq silahların artması barədə xəbərdarlıq edib.

O deyib ki, Tehran əhalisi arasında isti silahların sayının artması narahatlığa səbəb olub.


“Təəssüflər olsun ki, paytaxtda isti silahların sayı artıb və biz bununla bağlı bizə daxil olan məlumatları aidiyyəti qurumlara və məsullara göndərmişik. 


Paytaxt sakinlərinin əlində isti silahların sayının artmasının təhlükəsizlik baxımdan ölkə üçün mənfi təsiri olacaq. Elə buna görə də hesab edirik ki, qanunsuz isti silah gəzdirənlərə qarşı cəza tədbirləri artırılmalıdır”, -deyə Tehran polisinin komandanı Hüseyn Rəhimi bildirib.


Hüseyn Rəhimi bundan əvvəl mediaya açıqlamalarının birində cari ilin aprel ayından sentyabr ayına qədər Tehran sakinlərindən 353 ədəd hərbi silah və ov tüfəngi aşkarlandığını və həmin silahların polis qüvvələri tərəfindən müsadirə edildiyini bildirmişdi. 


İran İslam Respublikası qanunlarına görə vətəndaşların icazəsiz isti silah saxlaması, onu özləri ilə daşıması və ya onun alış-verişi ilə məşğul olması cinayət sayılır və bu kimi vətəndaşlar zindana və nağd pul cəriməsinə məhkum olunmalıdırlar. 


Qeyd edək ki, İranda hakim molla rejimi başçıları arasında korrupsiyanın geniş yayılması səbəbi ilə ölkə iqtisadiyyatı sürətlə çökməkdədir. Son aylar isə inflyasiya səviyyəsinin durmadan artması ölkədə kəskin bahalığa, işsizliyə və orta təbəqədən aşağı olan əhalinin sürətlə yoxsullaşmasına gətirib çıxarıb.


Bu isə son vaxtlar ölkədə oğurluq, quldurluq və cinayət hallarının sayının artmasına səbəb olub. 

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

two × 3 =

Tarix

booked.net booked.net
%d bloggers like this: