Tehranda “Təkəmçilik” coşğusu: Xoylu sənətçilərin çıxışı rəğbətlə qarşılanıb-FOTOLAR

Qərbi Azərbaycanın Xoy şəhərindən olan sənətçilərin Tehranın “Vəhdət” salonunda ənənəvi “təkəmçilik” mərasimi ilə bağlı çıxışı yerli əhalinin, özəlliklə paytaxtda yaşayan türklərin böyük rəğbəti ilə qarşılanıb. 

Qərbi Azərbaycanın tanınmış sənətçilərindən olan Əmir Zeynalpur Tehranda keçirilən “20-ci Ritual və Ənənəvi Tamaşalar Festivalı”nda solo-tamaşa ilə çıxış edib. 

Əmir Zeynalpurun icrası “Vəhdət” salonuna toplaşan tamaşaçılar tərəfindən böyük coşğu ilə qarşılanıb.

Tamaşaçılar onu sürəkli alqışlarla türkcə ifasını təkrar etməyə məcbur ediblər. 

Başqa türk sənətçi, aktyor Atəş Tağıpur mediaya verdiyi müsahibədə türk sənətçinin ifasını və tamaşaçıların yanaşmasını yüksək qiymətləndirib. 

“Əmir Zeynalpurun ifasında təkəmçiliyin nümayişi çirkli və kədərli Tehranın damarlarında təzə qan təsiri bağışladı”-deyə, o, bildirib.

O, bununla yanaşı bu nümayişin icrasını türk sənətçilərinin bütün çətinliklərə baxmayaraq, milli və ənənəvi köklərini qoruyub saxlamağa, yenidən dirçəltməyə əzimli olduqlarının nümunəsi sayıb.

Qeyd edək ki,Təkəmçi Azərbaycan türklərinin mifoloji personajlarından biridir. Novruz bayramının və yazın gəlişini mahnı oxumaq və təkə dolandırmaq ilə xəbər verən ənənəvi etnoqrafik müjdəçiyə təkəmçi deyilir.

Azərbaycanlıların adət və ənənələrinə görə, Təkəmçilər hər hansı evin qapısında şeir oxusa və bayramın gəlməyin müjdə versə, ev sahibindən muştuluq alar. Buna “pay” deyilir. Həmçinin Təkəmçi özü də şeir ilə mükafatlandırılmasını xatırladar.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

20 − seven =

Tarix

booked.net booked.net
%d bloggers like this: