Fevralın 16-ı gecə saatlarında Tehranın ətrafında yerləşən Ribat Kərimdə baş qaz sızması nəticəsində güclü partlayış baş verib.
Təbriz Turan TV aldığı məlumata görə, yaşayış binasında meydana gələn partlayışda 9 nəfərin öldüyü, 9 nəfərin isə ağır yaralandığı bildirilir.
Tehran şəhərinin Qızıl Aypara Cəmiyyətinin başçısı Şahin Fəthi mediaya verdiyi açıqlamada partlayışın yerli vaxtla gecə saat 20:10-da üç qatlı yaşayış evində meydana gəldiyini söyləyib.
O, fevralın 17-i səhər saat 07:30-a kimi aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində 9 nəfərin cəsədinin və daha 9 nəfər yaralının qalıqlar altından çıxarıldığını qeyd edib.