Tehranın gül bazarında yanğın baş verib: Ölənlər və xəsarət alanlar var – FOTOLAR

Dekabrın 23-ü axşam saatlarında Tehranın Məhəllati məntəqəsinin magistral yola yaxın ərazisində yerləşən gül bazarında yanğın baş verib.

Tehran Yanğınsöndürmə Təşkilatının sözçüsü Calal Məleki mediaya açıqlamasında deyib ki, yanğın hadisəsi dünən yerli vaxtla saat 14:50 radələrinə baş verib.

“Yanğında ən azı 2 nəfər ölüb, 8 nəfər bədən xəsarəti alıb, onlarla gül mağazasına ziyan dəyib.

Hadisə şahidlərinin dediyinə görə, helium kapsullarının naməlum səbəbə görə partlaması güclü yanğına səbəb olub.

Hazırda yanğının digər səbəbləri araşdırılır”, -deyə Tehran Yanğınsöndürmə Təşkilatının sözçüsü Calal Məleki bildirib.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

10 + twenty =

Tarix

booked.net booked.net
%d bloggers like this: