Tikantəpədə əhali mədənlərin isfahanlı farslar tərəfindən talanmasına etiraz edir


Azərbaycanın geneyi Tikantəpə bölgəsində Oğulbəy kəndinin əhalisi öz mədənlərinin isfahanlı farslar tərəfindən talanmasına etiraz edirlər.


Etiraz edən kəndlilər mədən istismarında qaydalara riayət olunmadığı üçün bölgə əhalisinə ziyan dəydiyini, əkin sahələri və ekologiyanın çirkləndiyini, onsuz da bərbad durumda olan yollarının mədənçilərin ağır texnikaları vasitəsilə dağıdıldığını bildirirlər.


Etiraz aksiyasına qatılan yerli əhali və ətraf mühit fəalları bölgə mədənlərindən mədən çıxarma qaydalarının qeyri-standart olduğunu, ətraf mühitin qorunmasına əhəmiyyət verilmədiyini bildiriblər.
Etirazçılar əl-ələ verərək bölgədə insan halqası formalaşdırmaqla həmin mədənin talanmasına etirazlarını bildirdilər.


Qeyd edək ki, İran rejimi Güney Azərbaycanın mədənlərini, o cümlədən Tikantəpə bölgəsinin mədənləri talayıb fars bölgələrinə daşıyır. Yerli əhaliyə qalan isə mədən işləri nəticəsinə baş verən ekoloji fəlakət və ətraf mühitin çirklənməsi olur. Bu da haqlı olaraq əhalinin narazılığı və etirazına səbəb olur.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

five × 2 =

Tarix

booked.net booked.net
%d bloggers like this: