Tokayevdən gözlənilməz qərar-Türk millətçisi Əsgər Umarovu nazir təyin etdi

Təbriz Turan TV xəbər verir ki,Qazaxıstan prezidenti Qasım Jomart Tokayev hökumətin yeni tərkibini təsdiq edib.

Tokayevin sərəncamına əsasən Qazaxıstanın İnformasiya və Sosial İnkişaf naziri vəzifəsinə Əsgər Umarov, təyin edilib. Əsgər Umarovun türk milliyyətçisi olduğu bildirilir.

Qeyd edim ki, Kreml Tokayevin bu qərarını birmənalı qarşılamayıb. Həm rəsmi, həm də qeyri-rəsmi şəkildə etirazını bildirib.

Rusiyanın MDB İşləri üzrə Federal Agentliyi Qazaxıstanın yeni informasiya və ictimai inkişaf naziri Əsgər Umarovla işləməkdən imtina edib.

Bunu qurumun rəhbəri Yevgeni Primakov deyib.

“Qazaxıstanın yeni informasiya naziri Əsgər Umarov barədə, həmçinin onun özünün çoxsaylı sitatlarını diqqətlə oxudum. 

Agentliyimiz rusofob zibillərlə işləmir və əməkdaşlıq etmir, bu da yuxarıda adı çəkilən nazir və onun rəhbərlik etdiyi qurumla mövcud konfiqurasiyada bizim hər hansı qarşılıqlı əlaqəmizə tamamilə mane olur”, – Primakov bildirib.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

two × two =

Tarix

booked.net booked.net
%d bloggers like this: