“Traxtur” komandasının avropalı baş məşqçisi rəsmi fəaliyyətə başladı

“Traxtur” komandasının avropalı baş məşqçisi rəsmi fəaliyyətə başladı

Təbrizin “Traxtur” futbol klubunu xrovatiyalı məşqçi çalışdıracaq.

Uzun müzakirə və ehtimallardan sonra Təbrizin “Traxtur” futbol klubunun yeni avropalı baş məşqçısının kimliyi bəlli oldu.

Bundan sonra iki il müddətinə Azərbaycan komandasını 54 yaşlı xrovatiyalı məşqçi Zvonimir Soldo çalışdıracaq.

Klub rəhbərliyi ilə baş məşqçi arasında bağlanan anlaşmaya görə, noyabrın 14-ü bazar günü səhər saatlarından etibarən Soldo rəsmi olaraq klubun baş məşqçisi kimi çalışmağa başlayıb.

O, “Dinamo Zagreb” və “Ştutqart” komandalarında çıxış edib və 61 oyunda Xrovatiya milli komandasının tərkibində meydana çıxıb.
Qeyd edək ki, noyabrın 11-də “Traxtur” rəhbərliyi komandanın başına tanınmış avropalı mütəxəssis Goran Eriksonun gətiriləcəyini demişdi.

Ancaq Eriksonun vəkillərinin danışıqlarda irəli sürdüyü şərtlər klub rəhbərliyini qane etmədiyi üçün alternativ variyant kimi nəzərdə tutulan xrovatiyalı məşqçi ilə andlaşma imzalanıb.

“Traxtur”un baş məşqçisi Firuz Kərimi qısa müddətli fəaliyyətdən sonra noyabrın 5-də, komandanın Tehranın “Peykan” komandasına 3-1 hesabı ilə uduzmasından sonra istefa vermişdi. 

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

seventeen + seventeen =

Tarix

booked.net booked.net
%d bloggers like this: