“Traxtur”un sabiq futbolçusu vəfat etdi
Təbrizin “Traxtur” futbol klubunun keçmiş müdafiəçisi Nəvid Xoşhəvan ürək tutmasından vəfat edib.
Əslən Ərdəbildən olan 30 yaşlı Nəvid Xoşhəvanın son günlər tənəffüs problemi səbəbindən xəstəxanaya yerləşdirilib. Son günlər veteran futbolçu komada olub.
Xoşhəva “Traxtur”da başqa Ərdəbilin “Şəhrdariye Ərdəbil” klubunda da oynayıb.
Güneyli futbolçu bununla yanaşı bir müddət İraq klublarında legioner kimi çıxış edib.
Ruhu şad olsun