Türkiyə öz qırıcısını ABŞ, yoxsa Rusiya texnologiyası ilə quracaq?

Türkiyə bildirir ki, özünün ilk TF-X qırıcısını anqardan 2023-cü ildə çıxaracaq, onun uçuşlarına isə 2025 və ya 2026-cı ildə başlanacaq

Türkiyə özünün istehsal edəcəyi TF-X qırıcı təyyarələri üçün Amerika istehsalı olan mühərrikləri seçib, amma Ankara təyyarə hissələrinin ölkə daxilində istehsalının təşkili üçün Rusiya ilə də işləməyi planlaşdırır.

ABŞ-ın Defense News müdafiə məsələləri saytı yazır ki, bunu Türkiyənin idxala cavabdeh ən yüksək vəzifəli rəsmisi deyib.

Türkiyə Müdafiə Sənayesinə başçılıq edən İsmayıl Demir deyib ki, TF-X proqramı əvvəlcə ABŞ-ın General Electric şirkətinin F110 tipli mühərriklərindən istifadə etmək niyyətindədir.

F110 forsajtipli turbopər mühərrikləri General Electric şirkətinin GE Aviation filialında hazırlanır.

General Electric-in F-118 qeyri-forsaj tipli mühərrikləri artıq lisenziya ilə Türkiyənin Eskişehir Tusas Engine Industries dövlət şirkətində istehsal olunur.

Defense News yazır ki, TF-X proqramının növbəti mərhələsi yerli istehsala keçilməsi üçün lazımi modifikasiya və hazırlıqların həyata keçirilməsindən ibarət olacaq.

İsmayıl Demir bunu da deyib ki, TF-X qırıcı təyyarəsi üçün hissələrin Türkiyədə istehsalının təşkili məqsədilə Rusiya ilə danışıqlar aparılacaq.

Demir bildirib ki, F110 mühərrikinin istehsalı ilə bağlı hazırda heç bir problem yoxdur.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

1 × 3 =

Tarix

booked.net booked.net
%d bloggers like this: