Türkiyənin Təbrizdəki baş konsulu: “Türkiyəlilər təbrizliləri özlərinin qardaşı sayır”

Türkiyə Cümhuriyyətinin Təbrizə yeni təyin olunan baş konsulu Çətin Taner şəhərin cümə imamı Məhəmmədəli Ali-Haşimlə görüşüb.

Təbriz Turan TV xəbər verir ki, diplomat görüşdə türkiyəlilərin Təbrizə qarşı xüsusi hisslərinin olduğunu deyib.

Çətin Taner Təbrizdə baş konsul imi fəaliyyətə başlamasından sevindiyini deyib və münasibətlərin hər tərəfli genişləndirilməsi istiqamətində mümkün qədər səy göstərəcəyini qeyd edib.

Yerli mətbuatda və sosial mediada Türkiyənin Təbrizdəki baş konsulunun “biz təbrizliləri öz qardaşlarımız hesab edirik” ifadəsi İran mətbuatında “biz iranlıları öz qardaşımız hesab edirik” yazılaraq təhrif edilib.

Çətin Tanerin iqtisadi və mədəni münasibətlərdən danışdığı görüşdə Təbrizin cümə imamı ideolojik təbliğat və ənənəvi şüarlara üstünlük verərək Amerika və İsrail əleyhinə fikirlər səsləndirib, bölgədə mövcud olan problemləri onların üzərinə atıb.

Qeyd edək ki, Çətin Taner yanvarın 5-də Təbrizə baş konsul təyin edilib.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

19 + six =

Tarix

booked.net booked.net
%d bloggers like this: