Urmuda kürd jurnalistin Azərbaycana qarşı təxribatı-Video

Təbriz Turan TV xəbər verir ki, Azərbaycanın güneyi Urmu şəhərində keçirilən mətbuat konfransında kürd terror təşkilatına yaxın olan jurnalist Azad Yusifirad Azərbaycana qarşı təxribat törədib.

Yusifirad Urmudan olan millət vəkillərinin Azərbaycan əleyhinə danışmamalarına irad bildirmək istəyib.

Kürd jurnalist Urmudan olan millət vəkili Salman Zakirə verdiyi sualda Azərbaycan Respublikasının İranın stratejik maraqlarına qarşı çıxdığını, bununla bağlı Zakir başda olmaqla başqa millət vəkillərinin susduqlarını iddia edib.

Yusifirad Azərbaycanın adını təhrif edərək, “Bakı Cümhuriyyəti” deyib və azərbaycanlı millət vəkillərini Azərbaycana dəstək verməkdə ittiham edib. PKK-çı Jurnalist Salman Zakirə səs verən və onu dəstəkləyənləri İlham Əliyev və Ərdoğanın tərəfdarları adlandırıb, ondan bu haqda açıqlama verməsini istəyib.

Qeyd edək ki, kürdlər farslarla birlikdə Azərbaycan və Türkiyəyə qarşı düşmən münasibəti bəsləyir.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

5 + four =

Tarix

booked.net booked.net
%d bloggers like this: