Ruhullah Həzrətpur Güney Azərbaycan mədənlərinin İran rejimi tərəfindən talandığını bildirib.
O, Məclisdə çıxışında ölkənin böyük mədənlərinin Azərbaycan əyalətlərində yerləşməsinə rəğmən, bölgə əhalisinin yoxsul yaşadığını deyib.
“Mən, kənddə doğulmuş azərbaycanlı Ruhullah Həzrətpur atamın vəsiyyətinə uyğun olaraq danışıram və Allah şahiddir ki, bu iftixarlı türk ləhcəmlə əzab çəkmiş xalqımın tərəfindən çıxış edəcəm”, – o deyib.
Azərbaycan vilayətlərində suyun qiymətinin bahalığının əkinçiliyə mənfi təsirindən danışan Həzrətpur Urmu gölünün quruması və məsulların yalan vədlərini də xatırladıb.
Qeyd edək ki, Azərbaycanın güneyində, hətta Yaxın Şərqdə ən böyük mədənlərin yerləşməsinə və istismar olunmasına rəğmən, bölgə əhalisi İran hökumətinin etnik ayrı- seçkilik siyasəti nəticəsində ağır şəraitdə yaşayır.