Urmu etiraz: Narazılar valiliyin qarşısına toplaşdı

Təbriz Turan TV verdiyi xəbərə görə ,Noyabrın 30-da Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində bir qrup sakin etiraz aksiyası keçirib. 

Əyalət valiliyinin qarşısına toplaşan Urmunun ətraf məhəllələrində yaşayan narazılar rəsmi qurumların onların problemlərinə laqeyd yanaşdığını bildiriblər. 

Aksiyada “Sağ qalmaq üçün suyumuzun kəsilməsinə imkan verməyəcəyik”, “Su və Kanalizasiya İdarəsi suyu qan qiymətinə satır” və digər şüarlar səsləndirib. Tələbləi yazılan plakatlar qaldıran əhali onlara içməli su verilməsində  uzun müddətli kəsintilərin yaranmasına və suyun bahalığına etiraz ediblər.

Bundan öncə eyni məqsədlə keçirilən aksiyalara qatılan urmululara problemin həlli ilə bağlı tədbir görüləcəyi barədə verilən vədlərin yerinə yetirilməməsi aztəminatlı əhalini dahada hiddətləndirib./GünAz.TV/

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

14 + 15 =

Tarix

booked.net booked.net
%d bloggers like this: