Təbriz divarlarında Urmu gölünün vəziyyətini göstərən pankartlar.
Urmu gölü susuzdu Millet Oyanmasa uduzdu.
Təbriz Turan TV aldığı məlumata görə Azərbaycanlı milli fəallar Təbriz şəhərinin məhəllələrində Urmu gölünün son vəziyyətinə etiraz edərək, ictimaiyyətin diqqətini gölün son nəfəslərinə çəkməyə çalışarkən, Urmu gölünə dəstək pankartları yazmaqda davam ediblər.
“Urmu Gölü Susuzdu, Millet Oyanmasa Uduzdu” və “Oyan Azərbaycan” türkcə yazılmış Urmu gölünün afişasında və bayrağında çap olunan mətnin başlıqlarıdır.
Urmu gölündən gələn son xəbərlər bu gölün suyunun bir ildə 2 milyard kubmetrdən çox azaldığını göstərir.
Azərbaycanlı fəallar bildirirlər ki, Azərbaycan xalqının ən mühüm tələbi kimi Urmu gölünün canlandırılması bu gün nə praktikada, nə də 13-cü dövlət başçısının vədlərində görünmür.




