Şərqi Azərbaycan Regional Su Şirkətinin başçısı Yusif Qafarzadə Urmu gölünün həcminin hazırda təqribən 2 milyard 980 milyon kubmetr olduğunu bildirib. Onun sözlərinə görə, bu, ötən illə müqayisədə 2 milyard 100 milyon kubmetr azdır.
Təbriz Turan TV xəbər verir ki, o hazırda gölün su səviyyəsinin 1270.73 olduğunu, bunun isə öncəki ilin oxşar dövrünə nisbətdə 64 santimetr azaldığını söyləyib.
Y.Qafarzadə Urmu gölünün ekoloji səviyyəsini 1274 metr 10 santimetr elan edib və bildirib ki, göldə su səviyyəsi 1995-ci ildə qeydə alınan ən yüksək səviyyə ilə müqayisədə 7,7 metrdən çox azalıb.
Qeyd edək ki, sabiq prezident Həsən Ruhani dövründə gölün bərpası ilə bağlı yaradılan qurumun bu günə kimi bərpa işlərində müsbət dəyişikliyə nail olmaması etirazlarla qarşılanıb.
Bununla yanaşı yeni prezident İbrahim Rəisinin seçki qabağı təbliğat və təşviqat kampaniyasında Urmu gölünün qurumasının qarşınının alınması ilə bağlı tədbirlər görəcəyi barədə vədləridə özünü doğrultmayıb.
Məsələ ilə bağlı yanvarn ilk günlərində açıqlama verən Təbriz Universitetinin Su Mühəndisliyi fakültəsinin professoru, ekoloq Əhməd Faxirifərd iddiaların əksinə olaraq hökumətin Urmu gölünün bərpasına əhəmiyyət vermədiyini bildirib.