Urmu gölünün sahəsi kiçilib. Bu barədə Qərbi Azərbaycan əyalətinin Su Hövzələrinin İstismarı və Mühafizəsi İdarəsinin rəis müavini Cavad Məhəmmədi məlumat verib.
Təbriz Turan TV xəbər verir ki, Cavad Məhəmmədi martin 27-də mediaya verdiyi açıqlamada Urmu gölünün sahəsinin daha da kiçildiyini deyib.
O, bu Urmu gölünün sahəsinin bir il ərzində 1226 kvadrat kilometr azaldığını və hazırda gölün sahəsinin 2273 kvadrat kilometrə çatdığını bildirib.
C.Məhəmmədi habelə bu müddət ərzində gölün səviyyəsinin dahada zalaraq ötən ilin oxşar dövrünə nisbətdə 69 sm aşağı düşdüyünü qeyd edib.