Urmu Şəhər Şurasının üzvü Cilovluq qurbanlarına abidə qoyulmasını təklif edib

Urmu Şəhər Şurasının sözçüsü Tumac Vəhid Əfşar erməni daşnaklarının Güney Azərbaycan türklərinə qarşı törətdiyi soyqırımın 104-cü ili ilə əlaqədar çıxış edib

Təbriz Turan TV xəbər verir ki,Tumac Vəhid Əfşar soyqırım qurbanlarının xatirəsinə abidə kompleksinin qoyulmasını təklif edib.

O, deyib ki, Cilovluq hadisəsində Xoy, Salmas və Urmu şəhərlərində 100 mindən çox azərbaycanlı öldürülüb və onların basdırıldığı kütləvi məzarlıqda abidə kompleksinin ucaldılması vacibdir.

“Erməni və aysorların törətdiyi soyqırım unudulmayacaq cinayət hadisəsidir və bunun əbədiləşdirilməsi üçün abidə qurulmalıdır”-deyə, Şəhər Şurasının sözçüsü bildirib.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

11 − 4 =

Tarix

booked.net booked.net
%d bloggers like this: