Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin mühafizəsi Baş İdarəsinin rəis müavini Urmu şəhəri başda olmaqla əyalətin 3 şəhərində hava çirkliliyinin bütün yaş qrupları üçün təhlükəli səviyyəyə çatdığını deyib.
Təbriz Turan TV xəbər verir ki, Səid Musəvi Urmu şəhərində havanın çirklilik dərəcəsinin 181, Bukan və Sərdəşt şəhərlərinin isə 178 olduğunu bildirib.
Hesablamalara görə, havanın çirklənmə göstəricisi 0-dan 50-yə qədər təmiz hava, 50-dən 100-ə qədər sağlam hava, 100-dən 150-yə qədər qeyri-sağlam və həssas yaş qrupları üçün təhlükəli hava, 150-dən 200-ə qədər isə bütün yaş qruplar üçün qeyri-sağlam hava, 200-dən çox göstərici isə kritik hava çirkliliyi vəziyyətini göstərir./GünAz.Tv/