Urmu stadionunda milli şüarlar səsləndi: “Azərbaycan var olsun, istəməyən kor olsun”- VİDEO

Aprelin 11-i Azərbaycan güneyi Urmu şəhərinin “Şəhid Bakiri” stadionunda Əhvazın “Fuladi Novin” və Urmunun “90 Urmiya” futbol komandaları arasında keçirilən qarşılaşmada milli şüarlar səsləndirilib.

Təbriz Turan TV xəbər verir ki,Urmu komandasının 1-0 qələbəsi ilə başa çatan görüşdə stadionda olan tamaşaçılar fars dilində məcburi təhsilə, türk dilinə qarşı məhdudiyyətlərə, ana dilində təhsil qadağasına, qadınlara qarşı ayrı-seçkiliyə etiraz ediblər.

Azərbaycan iqtisadiyyatına və ətraf mühitə olan laqeyd münasibət də narazılıq doğurub.

Stadionda “Haray-haray mən türkəm”, “Azərbaycan qızları-göylərin ulduzları”, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə”, “Urmu gölü can verir, İran onun qətlinə fərman verir”, “Nə Qəzzə, nə Lubnan (Livan), canımdır Azərbaycan”, “Azərbaycan var olsun, istəməyən kor olsun” və digər şüarlar səslənib.

Qeyd edək ki, xüsusilə son illər milli-mədəni fəallar müxtəlif yarışlar, tədbirlərdə İranda türk dilinə qarşı qadağalar, müxtəlif sahələrdə uyğulanan ayrı-seçkilik siyasətlərinə qarşı şüarlar səsləndirir, İran hökumətinə etirazlarını bildirirlər. 

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

20 − ten =

Tarix

booked.net booked.net
%d bloggers like this: