Urmu zindanında daha iki məhbus edam edilib

Urmu daha iki məhbus edam edilib. Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Təbriz Turan TV xəbər verir ki, məlumatda bildirilir ki, edam aktı Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin zindanında həyata keçirilib.

Bundan öncə qətldə günahlandırılan Peyman Babaxani və Mirəli Hüseyni martın 15-i səhər saatlarında dar ağacından asılaraq edam olunublar.

Onlarla yanaşı daha 3 məhkumun edam qabağı təkadamlıq kameralara köçürüldüyü bildirilir.

Martın 14-də isə2018-ci ildən Urmu zindanında saxlanılan İbrahim Nəsirxah adlı məhkum narkotik maddələrin qaçaqmalçılığı ittihamı ilə edam edilib. 

Qeyd edək ki, adı çəkilən şəxslərin edam xəbəri ailələrinə edamdan sonra verildiyi üçün onlar barəsində məlumat vaxtında ictimailəşdirilməyib.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

19 − two =

Tarix

booked.net booked.net
%d bloggers like this: