Urmuda əkinçilər etiraz aksiyası keçiriblər-VİDEO

Martın 6-da Qərbi Azərbaycan əyalətinin Silvana bölgəsinin əkinçiləri etiraz askiyası keçirib.

Təbriz Turan TV xəbər verir ki,Urmu şəhərində Kənd Təsərrüfatı İdarəsinin qarşısına toplaşaran əkinçilər qurumun onların problemləri ilə naraqlanmadığını deyiblər.

Narazı əkinçilər nəzərdə tutulan gübrə və əkinçilik üçün lazım olan başqa dərman məhsullarının idarə tərəfindən onlara verilmədiyini söyləyib, belə davam edəcəyi təqdirdə məhsullarının zay olacağı təhlükəsindən qorxduqlarını bildiriblər.

Etirazçılar əyalətin Kənd Təsərrüfatı İdarəsinə çox saylı müraciətlərinə müsbət cavab verilmədiyini, məsələnin yay aylarında həll olunacağı ilə bağlı vədlər verildiyini qeyd ediblər.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

six + ten =

Tarix

booked.net booked.net
%d bloggers like this: