Urmuda Qacarlar dönəminə aid memarlıq nümunəsi dağılmaq üzrədir.
Qərbi Azərbaycan əyalətində, xüsusilə əyalət mərkəzi Urmu şəhərində tarixi memarlıq nümunələri dağılmaq üzrədir.
Bundan öncə məsələ il bağlı açqlama verən Qərbi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin başçısı Cəlil Cabbarı tarixi abidə və tikililərin yenidən qurulması üçün yetərli vəsaitin olmadığını demişdi.
Hazırda Urmu şəhərində mövcud olan az sayda tarixi evlərdən biri “Əfşari” evidir.
Qacarlar dövrünün memarlıq nümunələrindən sayılan evin qorunması və yenidən qurulması üçün vəsait ayrılmadığı üçün yaxın gələcəkdə Urmunun başqa tarixi tikililəri kimi onunda dağılacağı təhlükəsini gücləndirib.
Urmu şəhərinin Kaşani küçəsində yerləşən memarlıq nümunəsi 2002 ildə 8010 qeydiyyat ömrəsi ilə İranın tarixi əsərlər siyahısına salınıb.
Buna baxmayaraq tikilinin qorunması və yıxılmasının qarşısının alınması ilə bağlı bu günə kimi hər hansı addım atılmayıb, vəsait ayrılmayıb.
Oktyabrın 22-də Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının başçısı Cəlil Cabbari hal-hazırda Qərbi Azərbaycan əyalətində 30 abidənin təcili təmir və yenidənqurmaya ehtiyacı olduğunu bildirmişdi.

O, eyni halda əyalətdə 600 hektar tarixi quruluşa malik olan bölgənin qeydiyyata alındığını, 2009-cu ildən bu günə kimi onların təmiri üçün vəsait ayrılmasını gözlədiklərini qeyd etmişdi.



