Bu barədə “Sepah”ın Qərbi Azərərbaycandakı qərargahı məlumat yayıb.
İran İslam İnqilab Keşikçiləri Korpusunun “Sepah” Qərbi Azərbaycanda yerləşəm “Həmzə Seyyüdül-Şühəda” qərargahının yaydığı məlumata bgörə, Urmunun sərhədyanı bölgəsində iki maşında daşınan çox sayda silah-sursat aşkarlanaraq götürülüb.
Məlumatda silah-sursat qaçaqmalçılarının odlu silahları bölgəyə daşımaqdan məqsədlərinin qarışıqlıq və gərginlik yaratmaq olduğu iddia olunub.
Qərargahın bəyanatında əməliyat zamanı 3 nəfərin saxlanıldığı və hüquq mühafizə orqanlarına təhvil verildiyi bildirilir.