Urmuda sürücülər tətil aksiyası keçirir

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin 300 avtobus sürücüsü etiraz aksiyasına başlayıb.

Təbriz Turan TV xəbər verir ki, sürücülər bildirib ki, tələbləri məsullar tərəfindən qəbul edilmədiyinə görə, 20 gün bundan öncə başladıqları aksiyanı davam edəcəklər.

Onlar yanvarın 30-da yaydıqları məlumatda bələdiyyənin onlarla bağladığı müqaviləni yeniləmədiyini bildirib, bununlada iş təhlükəsizliyi təminatlarının olmadığını qeyd ediblər.

Bundan bir neçə gün öncə, yanvarın 20-də hüquqlarının pozulduğunu deyən bir qrup sürücü Urmu şəhərinin bələdiyyə binası qarşısına toplaşaraq etiraz aksiyası keçirib.

Onlar nəqliyyat vasitələrinin sənədlərini geri götürüb vəşəhərdaxili ictimai nəqliyyatda fəaliyyətlərini dayandırıblar.

Etiraz edən sürücülər biletlərin qiymətindəki fərqi bələdiyyənin ödəmədiyini, gəlirlərin 33%-ni özəl şirkətlərin mənimsədiyini, ölkədə mövcud inflyasiya ilə müqayisədə əmək haqlarının aşağı olduğunu bildiriblər.

Sürücülər əmək təhlükəsizliyi ilə bağlı təminat verilməməsindən də narazı olduqlarını deyiblər.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

3 × 2 =

Tarix

booked.net booked.net
%d bloggers like this: