Dünyanın ən yaxşı futzalçılarının adları açıqlanıb. Urmu şəhərindən olan gənc futbolçu Salar Ağapur dünyanın altıncı ən yaxşı futzalçısı seçilib.
Təbriz Turan TV xəbər verir ki, nüfuzlu “Futzal Planet” saytı tərəfindən 2021-ci ildə dünyanın ən yaxşı futzalçıları səsvermə yolu ilə müəyyənləşdirilib.
Urmulu Salar Ağapur 99 səslə 2021-ci ildə dünyanın altıncı ən yaxşı gənc futzalçısı adına layiq görülüb.
Salar Ağapur hal-hazırda Şərqi Azərbaycanın Vərziğan şəhərinin “Süngün” klubunun oyunçusudur və onun təmsil etdiyi Azərbaycan komandası da dünyanın ən yaxşı 10 futzal klubunun arasında yer alıb.