Xamneyinin nümayəndəsi Rusiyanın Ukraynaya təcavüzünə qarşı çıxanları rəzil adlandırıb

Təbrizin müvəqqəti cümə imamı Mehdi Ali Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə haqq qazandırıb. İmam cümə Ukraynanı müdafiə edən sosial media istifadəçilərini rəzil adlandırıb.

Təbriz Turan TV xəbər verir ki, “Ölkə daxilində bir sıra alçaq məşhurlar Ukraynaya dəstək verir, paylaşımlar edir və hətta qurbanlar üçün şam yandırırlar”-deyə, İranın ali rəhbəri Əli Xamneyinin nümayəndəsi bunu ictimai rəyi aldatmaq kimi dəyərləndirib.

Onun Ukraynaya dəstək mesajları paylaşan tanınmış sosial media istifadəçilərini “bu günə kimi lal olmaqda”, indi isə Ukraynaya dəstək üçün danışmağa başlamaqda günahlandırması kimi anlaşlmaz ifadələri sosial media fəallarının reaksiyasına səbəb olub.

Mehdi Ali Rusiyaya qarşı başladılan kampaniyaları və atılan addımları məqsədli şəkildə ictimai rəyin çaşdırılması adlandırıb.

Qeyd edək ki, son günlər başda İranın ali rəhbəri Əli Xamneyi olmaqla İran rəsmiləri, o cümlədən prezident İbrahim Rəisi və başqa vəzifəlilər Ukraynadakı mövcud vəziyyətə münasibət bildiriblər.

Onlar Rusiyanın bu ölkəyə hücumuna görə ABŞ və NATO-nu günahlandırıb, Amerikanı “şeytan” adlandırıblar.

İran hakimiyyətinin Rusiyanın iddialarını dəstəkləyən mövqeyi sosial mediada geniş mənfi reaksiyalarla qarşılanıb.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

four + fifteen =

Tarix

booked.net booked.net
%d bloggers like this: