Xiyav (Meşkin) şəhərinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin başçısı İmanəli İmanı Xiyavın iki təbiət əsərinin ölkənin milli əsərlər siyahısına salındığını deyib.
Təbriz Turan TV xəbər verir ki, o bölgənin “Hətəm” və “Anzan” meşələrinin qanuni prosedurlarıı keçdikdən sonra rəsmi olaraq qeydiyyata alındığını söyləyib.
Ərdəbil əyalətinin inzibati ərazi bölgüsünə daxil olan və 155 min əhalisi olan Xiyav şəhərində çox sayda tarixi və təbiət abidələri mövcuddur.
Bunların arasında “Şəhər yeri” tarixi məkanı, “Qanlı bulaq” karvansarası, “Qəhqəhə” qalası, “Seyid Süleyman Fəxrabad” məqbərəsi, “Şeyx Heydər” türbəsi, “Köhnə qala” və s. daha çox tanınıb.
