Xiyavın Şeyx Mədi bölgəsində minillik qayaüstü yazılar məhv edilir

Güney Azərbaycanın Ərdəbil əyalətinin Xiyav mahalında yerləşən neçə min illik qayaüstü yazılar baxımsız qalıb.

Əyalətin Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının məsuliyyətsizliyi ucbatından Xiyavın Şeyx Mədi bölgəsində yerləşən qiymətli abidə ziyarətçilərin səhlənkarlığı üzündən məhv olmaq üzrədir.

Beləki bölgəyə gələn ziyarətçilər onlardan yadigar qalmaq üçün qayalar üzərinə müxətlif yazılar yazırlar. Bu yazı və qeydlər isə qaya üzərində minillik yazı və simvolları görünməz hala salıb. 

Bu barədə Təbrizin “azərəncümən” saytı məlumat paylaşaraq tarixi əsərlərin məhv olması barədə xəbərdarlıq edib. 

Məlumata münasibət bildirən sosial media fəalları və istifadəçiləri əlaqədar qurumların məsuliyyətsiz davranışlarını tənqid edib və Azərbaycanın tarixi əsərlərinin qorunması tələbi ilə kampaniya başladılmasını təklif ediblər. 

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

16 + twenty =

Tarix

booked.net booked.net
%d bloggers like this: