Xuzistanda əyalətində SEPAH zabiti güllələnib

Aprelin 14-də Xuzistan əyalətinin Mahşəhr limanında İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) məmurları ilə silahlı şəxslər arasında silahlı qarşıdurma baş verib.

Təbriz Turan TV xəbər verir ki, atışma nəticəsində İnqilab Keşikçiləri Korpusunun zabiti kapitan Mustafa Rəfizadə aldığı güllə yarası nəticəsində hadisə yerində keçinib.

SEPAH-ın nəzarətindən olan media orqanları silahlı qarşıdurmanın quldur dəstəsinin üzvləri ilə baş verdiyini, onlardan birinin güllələnərək öldürüldüyünü və bir neçə nəfərin həbs olunduğunu iddia edirlər. 

Məlumatda iki nəfərin saxlanıldığı bildirilsə də, öldürülən şəxsin və saxlanılan kimliyi barədə açıqlama verilməyib. 

Qeyd edək ki, bu son bir ayda Xuzistan əyalətində baş verən sayca üçüncü silahlı qarşıdurmadır və bundan öncə baş verən silahlı atışmalar zamanı daha iki SEPAH zabiti güllələnib. 

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

16 − ten =

Tarix

booked.net booked.net
%d bloggers like this: