Zəfər Bayramının ilk rəsmi təbriki BU ÖLKƏDƏN GƏLDİ

 

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:”Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə əlamətdar olan milli bayramınız münasibətilə Sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Bu əlamətdar tarix Azərbaycan Respublikasının şanlı salnaməsinə ölkənizin dövlətçiliyinin və suverenliyinin möhkəmləndirilməsi naminə xalqınızın birlik, mətanət, əyilməz iradəsinin rəmzi kimi həmişəlik yazılmışdır.

İnanıram ki, Azərbaycan Sizin güclü rəhbərliyinizlə davamlı inkişaf və tərəqqi yolu ilə inamla irəliləyəcək, Qazaxıstan-Azərbaycan dostluq, qarşılıqlı dəstək və strateji tərəfdaşlıq münasibətləri isə xalqlarımızın rifahı və mənafeyi naminə bundan sonra da dərinləşəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə məsul dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər, qardaş Azərbaycana firavanlıq və tərəqqi arzulayıram”.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

7 + seventeen =

Tarix

booked.net booked.net
%d bloggers like this: