Zəngan-Qəzvin yolunda baş verən zəncirvari qəzada onlarla insan yaralanıb

Zəngan-Qəzvin yolunda ağır yol-nəqliyyat qəzası baş verib. Bu barədə Zəngan əyalətinin Qızıl Aypara Cəmiyyətinin başçısı Qasım Musəvinin mediaya verdiyi açıqlamasında bildirib.

Təbriz Turan TV xəbər verir ki, onun sözlərinə görə, Zəngan-Qəzvin magistral yolunda baş verən zəncirvari yol qəzası nəticəsində onlarla insan yaralanıb.

O, 9 minik avtomobilinin toqquşduğu qəzada 36 nəfərin yaralandığını, onlardan 8 nəfərinin amblatur müalicədən sonra evə buraxıldığını, 28 nəfərin isə xəstəxanalara yerləşdirildiyini deyib.

Zəngan əyalətinin Yol Polisi İdarəsinin rəis müavini polkovnik Mehdi Minaxani Zəngan-Qəzvin magistral yolunun ən çox qəzaların baş verdiyi yol olduğu barədə xəbərdarlıq etmişdi.

Onun sözlərinə görə, son bir neçə ay ərzində Zəngan əyalətində yol qəzaları nəticəsində həyatını itirən 237 nəfərin çoxu Zəngan-Qəzvin magistralında qeyri-standart yolun qurbanı olub. 

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

3 + four =

Tarix

booked.net booked.net
%d bloggers like this: