Zənganda əhəmiyyətli yolun tikintisi yarımçıq qalıb-Hökumət pul ayırmır

Zənganda əhəmiyyətli yolun tikintisi yarımçıq qalıb. Bu barədə Zəngan əyalətinin Avtomobil Yolları və Şəhərsalma Baş İdarəsinin mühəndis-tikinti işləri üzrə sədr müavini Əsgər İsmaili açıqlama verib.

Təbriz Turan TV xəbər verir ki. Əsgər İsmaili deyib: Əhəmiyyətli Əbhər-Xudabəndə yolun tikintisinin davam etdilməsi üçün maliyyə vəsaiti ayrılmayıb.

O, layihəyə davam etdirilməsi üçün 250 milyard tümən vəsaitin hökumət tərəfindən ödənilmədiyidini bildirib.

 Əsgər İsmaili Əbhər-Xudabəndə yolun tikintisinin birinci mərhələsinin yalnız 20%-ının işləndiyini, qalan işlərin dayandırıldığını söyləyib.

O, iki şəhər arasında çəkilməsi nəzərdə tutulan avtomagistralın əyalətin nəqliyyat sahəsində və bölgə əhalisinin iqtisadi inkişafında əhəmiyyət daşıdığını bildirib.

 İsmaili ümid etdiyini bildirib ki, layihənin icrasının davam etdirilməsi üçün nəzərdə tutulan vəsait ödəniləcək.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

18 + fifteen =

Tarix

booked.net booked.net
%d bloggers like this: