Zənganda tarixi əsər qaçaqmalçıları ifşa edilib. Bu barədə Zəngan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin mühafizə bölməsinin başçısı polkovnik Hüseynəli Fəzlinin mediaya verdiyi açıqlamada bildirib.
Təbriz Turan TV xəbər verir ki, onun sözlərinə görə, qaçaqmalçılardan 5 min illik tarixi əşya götürülüb.
Hüseynəli Fəzli bildirib ki, məlumatlar əsasında əməliyyat keçirilib. Nəticədə 5 min illik tarixi olan daş qədəhi satmaq istəyən iki tarixi əsər qaçaqmalçısı saxlanılıb.
Hüseynəli Fəzli əsərin eradan öncə 3-cü min illiyə aid olduğunu və dəyərləndirlməsi üçün ilgili qurumlara verildiyini bildirib.