Zənganın 28 tarixi əsəri milli əsərlər siyahısında qeydə alınıb

Zənganın 28 tarixi aəsəri milli əsərlər siyahısında qeydə alınıb. Bu barədə Zəngan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin başçısı Əmir Ərcmənd açıqlama verib.

Təbriz Turan TV xəbər verir ki, o qeydə alınan əsərlər arasında 5 qeyri-maddi mədəni irs əsəri, 9 daşınan, 9 daşınmaz, 3 təbiət abidəsi əsərinin olduğunu və iki tarixi məkanın sahəsinin müəyyən edildiyini deyib.

Ərcməndin sözlərinə görə, Zəngan, Tarım, Mahnişan, Gülabır, İcrud şəhərlərində olan tarixi hamam, kəhriz, tarixi məkan və kurqanlar qeydiyyata alınıb.

Bununla da əyalətdə qeydə alınmış əsərlərin ümumi sayı 904-ə çatıb. Onlardan 785-i daşınmaz irs siyahısına, 39-u mədəni irs siyahısına, 61-ı qeyri-maddi irs siyahısına, 18-i isə təbii irs siyahısına daxildir.

Qeyd edək ki, Zəngan əyalətinin tarixi Sultaniyyə abidəsi bundan öncə YUNESKO-nun ümumdünya irsi siyahısına salınıb. 

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

16 + eight =

Tarix

booked.net booked.net
%d bloggers like this: