Zahidanda 3 bəluç məhkum edam ediləcək

İranın Sistan və Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərinin zindanında saxlanılan 3 bəluç fəal edam ediləcək.

Təbriz Turan TV xəbər verir ki, bu barədə Bəluç Fəalları Kampaniyası sosial mediada məlumat yayıb. 

Məlumata görə, Məhəmmədkərim Barkəzayi Eksun, Məhəmməd Bərahuyi Əncüməni və İdris Bilrani “hökumətə müxalif təşkilatlara üzv olmaq”da ittiham edilir.

Qərarı Zahidan İnqilab Məhkəməsi verib.

İnqilab Məhkəməsi adı çəkilən şəxsləri edam cəzası ilə yanaşı “terrorçu hərəkətlər və yer üzündə fəsad yaymaq” ittihamı ilə 15 il həbs cəzasına da məhkum edib.

Bəluç məhkumlar bundan öncə 2020-ci ilin sentyabr ayında təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq 18 ay müddətinə Zahidan şəhərinin mərkəzi zindanında saxlanılıb.

Bəluç Fəalları Kampaniyası məhkumlara qarşı irəli sürülən ittihamların qondarma olduğunu və onlara cinayət əməlləri ilə bağlı hər hansı bir fakt göstərilmədiyini bildirirlər.

Cavab yaz

Zəhmət olmasa şərhinizi yazın
Zəhmət olmasa adınızı yazın

seventeen + 8 =

Tarix

booked.net booked.net
%d bloggers like this: